Priqojinin ikinci təyyarəsi Bakıya nə üçün gəlib və... KİMİ GƏTİRİB?
FOTO

"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarələrindən biri, Embraer ERJ-135BJ Legacy 650 avqustun 24-də Bakıya uçub. 

 

Senzor.az bildirir ki, bunu Flightradar uçuş izləmə xidmətinin məlumatları da sübut edir. 

 

Bu mənbəyə görə, təyyarə Moskvadan saat 15:30-da qalxıb və saat 19:04-də Bakı hava limanına enib.

 

Rusiya mənbələri bildirirlər ki, bu,  “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Prigojinə məxsus iki təyyarədən biridir. Qeyd edək ki, o, avqustun 23-də Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə həlak olub.

 

Avqustun 23-də ikinci Embraer Priqojinin təyyarəsinin ardından Moskvadan Sankt-Peterburqa uçub. Lakin Prigojinin təyyarəsi qəzaya uğrayandan sonra ikinci təyyarə Moskvaya qayıdıb və növbəti gün Bakıya uçub.

 

Flightradar-ın məlumatına görə, pilot Arslan İslamovun idarə etdiyi həmin Embraer-135 BJ Legacy təyyarəsi avqustun 25-də yerli vaxtla saat 15:00-da Bakıdan Moskvaya uçacaq, Moskva vaxtı ilə saat 17:03-də Moskvaya çatmalıdır.

 

Bu təyyarənin Bakıya gəlmə təyinatı və onunla gələn sərnişinlər haqda heç bir məlumat yoxdur. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.