Ukrayna Hərbi Dəniz Qüvvələrinin tərkibində dəniz dronlarından istifadə üzrə əlahiddə briqada yaradılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə məlumat verib.
Belə ki, Zelenski Sofiya meydanında keçirilən tədbir zamanı digərləri ilə yanaşı, xüsusi təyinatlı dəniz pilotsuz sistemlərinin 385-ci əlahiddə briqadasına döyüş bayrağı təqdim edib.
Qeyd edək ki, əvvəllər Ukrayna donanmasında belə bir bölmənin olması barədə ictimaiyyətə rəsmi məlumat verilmirdi.