Bu gün səhər saatlarında Moskvaya PUA ilə növbəti hücum cəhdi olub.
Senzor.az bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb.
Məlumata görə, Moskvaya doğru uçan PUA Lyubertsı ryonunda hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Bryansk vilayəti üzərində iki PUA-nı vurduğu barədə məlumat yayıb.