Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.
“Star” qəzeti xəbər verir ki, səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub.
Məlumata görə, Türkiyə Prezidenti Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.
Bundan əlavə, Türkiyə Prezidenti sentyabr ayında G20 liderlərinin Hindistanda keçiriləcək zirvə görüşündə iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.