Ermənistanda məhkəmə iki yüksək rütbəli zabiti həbs edib. Onlar hərbi qulluqçular arasında çaxnaşma yaratmaqda və digər cinayətlərdə ittiham olunurlar.
Söhbət 2020-ci ildə 44 günlük müharibə zamanı baş vermiş bir qalmaqallı hadisədən gedir.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ordu korpuslarından birinin polkovnik rütbəli komandiri polkovnik-leytenant rütbəli hərbi hissə komandirinin müavini ilə razılaşma əldə edib. Razılaşma isə şəxsi heyətin silahdan istifadədən imtina etməsi üçün şərait yaratmaqla bağlı olub.
Oktyabrın 19-da hər iki yüksək rütbəli zabit hərbi hissənin qərargahında bölmə komandirlərinə qoşunlar arasında çaxnaşma salmaq əmri verib. Bölmə komandirləri əmrin qanunsuz olduğunu anlayaraq onu yerinə yetirməkdən imtina ediblər.