"Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın yolu da açılacaq”.
Senzor.az bildirir ki, bunu Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib.
"Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, - deyən H.Hacıyev Qarabağ ermənilərinə digər Azərbaycan vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqlarının təklif olunduğunu da bildirib.