Xankəndidəki qanunsuz rejimin “rəhbər”i Araik Arutyunyan istefa verib.
Senzor.az bildirir ki, o bu barədə sosial şəbəkə səhifəsində yazıb.
“Dövlət naziri” Qurgen Nersisyan da “vəzifəsindən” azad edilib və onun yerinə “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyan təyin olunub.
Araik Arutyunyan son müraciətində bu qərarı iki gün əvvəl verdiyini bildirib. O, bundan sonra da Qarabağda (Azərbaycanın Qarabağ bölgəsi - red.) qohumları ilə birgə yaşamağa davam edəcəyini də qeyd edib.
Xatırladaq ki, A.Arutyunyan terrorçu-separatçılara 2020-ci il may ayının 21-dən rəhbərlik edirdi.