"Ağdam yolundan istifadə təcili ehtiyacların təmin edilməsinin bir hissəsi ola bilər" - ŞARL MİŞEL

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliləməsi ilə intensiv məşğul olmağa davam edir.


Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında bildirilib.


Qeyd olunub ki, Ş.Mişel və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın komandası girişin açılması istiqamətində həll yolunu hazırlamaq üçün Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə sıxlıqla əlaqə saxlayırlar.


"Avropa Şurasının Prezidenti Şarl Mişel Laçın yolunun tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək mərhələli yanaşma təklif edib. Bu addımların ardıcıllığı və bu yolların hər biri vasitəsilə çatdırılacaq yükün növü, o cümlədən müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib", - bəyanatda vurğulanıb.


Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyacların təchizatının təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər: "Bu elementlər üzrə müzakirələr Azərbaycan, Ermənistan və Avropa İttifaq liderlərinin 2023-cü il iyulun 15-də Brüsseldə keçirilən son görüşündən sonra başlayıb. Paralel olaraq fikir mübadilələri həm də Qarabağ ermənilərinin tezliklə elektrik enerjisi və qaz təchizatının bərpasına da yönəlib.


Aİ dayanıqlı həllə nail olmaq üçün münaqişənin kökünə baxmağın vacibliyini vurğulayıb. Bu baxımdan Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək.


Bakı ilə Qarabağ erməniləri arasında dialoq inam və etimadı gücləndirməlidir. Bu məqsədlə Aİ prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün regionda iştirak üçün müxtəlif təkliflər təqdim edib.


Yuxarıda göstərilən bütün səylərin yalnız bir məqsədi var: Bakı ilə İrəvan arasında münasibətlərin bütün əhalinin rifahı naminə qalıcı normallaşmasını təmin etmək. Bugünkü eskalasiya fonunda cəsarətli kompromis həllərin vaxtıdır.


Aİ bütün bu səylərdə digər beynəlxalq aktorlarla müntəzəm şəxsi təmaslar və hazırkı qeyri-sabit vəziyyətin ən yaxşı şəkildə həllinə dair fikir mübadiləsi apararaq məşğul olub".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.