Gürcüstanda yaşayan və əsasən bu ölkənin vətəndaşları olan bir qrup etnik erməni “Qarabağda yaşayan ermənilərə dəstək” adı altında sentyabrın 2-də Tbilisi şəhərinin Avlabari məhəlləsində aksiya keçirmək istəyiblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyada azyaşlı uşaqlar da daxil olmaqla 30-40 nəfər iştirak edib, lakin onların cəhdi iflasa uğrayıb.
Aksiya iştirakçılarının yerli gürcülərə və şəhərin qonaqlarına müraciəti də cavabsız qalıb.
Belə ki, ermənilər nə yerli gürcülərdən, nə də turistlərdən dəstək ala bilməyiblər. Heç kim aksiyaya qoşulmaq istəməyib, əksinə, insanlar ermənilərə “sizin başqa işiniz-gücünüz yoxdur?” – kimi istehzalı suallar verərək ərazidən uzaqlaşıblar. Yəni heç polis müdaxiləsinə də ehtiyac qalmayıb.
Etnik ermənilər bundan sonra sadəcə xatirə şəkili çəkdirərək, özləri də ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, aksiyada şəkil çəkdirən bəzi ermənilər əslində öz uşaqlarını gəzməyə çıxarmışdılar. Hətta onlar da aksiyanı oyuncaq toplantı adlandırıblar.
Aksiyanın təşkilatçılarını və havadarlarını ciddi tənqid edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov deyib ki, aksiyada 30-40 nəfərin iştirak etməsi göstərdi ki, bu aksiya deyil, sadəcə məhəllə iclasıdır. Ermənilər artıq aksiya keçirmək qabiliyyətlərini də itiriblər. Artıq onlar başa düşüblər ki, Qarabağ Azərbaycandır!