Bakıdan Qarabağ ermənilərinə 40 ton un məmulatı aparanlar 8-ci gündür Ağdam-Xankəndi yolunda gözləyirlər - FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən və içərisində 40 ton un məmulatları olan iki yük maşını (TIR) artıq 8-ci gündür ki, Ağdam-Xankəndi yolundadır.

 

Senzor.az bildirir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yükü aparan əməkdaşları və onları müşayiət edən könüllülər bu səhəri də ərazidə qurulan çadırlarda qarşılayıblar.

 

Qeyd edək ki, Cəmiyyətin ərazidə olan nümayəndələri apardıqları yükün keyfiyyət sertifikatını avqustun 29-da Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

 

Elə o vaxt sülhməramlılar ermənilərə həmin yükün təyinatı üzrə çatdırılması üçün imkan yaradılmasını təklif ediblər. Amma separatçıların nümayəndələri bu təklifi qəbul etməyiblər. 

 

Bu səbəbdən yükü aparanlar və könüllülər hələ də gözləyirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.