ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 6-da Kiyevə səfər edəcək.
Bu barədə Ukraynanın “Zerkalo nedeli” nəşri diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Eyni zamanda, nəşr Blinkenin səfərinin proqramı və Amerika diplomatiyasının rəhbərinin Ukrayna rəhbərliyi ilə hansı məsələləri müzakirə etmək niyyətində olduğu barədə təfərrüatlı məlumat vermir.