Ceyhun Bayramov Xorvatiyada Ermənistanın Laçın yolu ətrafındakı təxribatından danışdı
FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın İnkişaf və Beynəlxalq Əlaqələr İnstitutunun (Institute for Development and International Relations –IRMO) təşkil etdiyi “Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Xorvatiyada fəaliyyət göstərən akademik dairələr və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində Azərbaycan və Xorvatiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

 

Müzakirələrdə çıxış edən nazir Ceyhun Bayramov, strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafında qarşılıqlı təmasların, yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələr mexanizminin müstəsna rol oynadığını bildirib. İki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş olunmasının təqdirəlayiq olduğunu bildirib. 

Azərbaycan və Xorvatiya arasında münasibətlərin müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji təhlükəsizliyi, alternativ enerji, investisiyalar, nəqliyyat, logistika, əczaçılıq, turizm və s. sahələr üzrə inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi qeyd olunub.

 

C.Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

 

Sülh gündəliyinin irəli aparılmasının qarşısında duran çağırışlar qismində Ermənistanın prosesi ləngidən mövqeyi və təxribatları, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı addımları, o cümlədən Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini hələ də tam olaraq çıxarmaması, Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası fəaliyyətinə müdaxilələr, mina təhdidinin davam etdirilməsi təxribatları vurğulanıb.

 

Nazir Ermənistan tərəfinin Laçın yolu ətrafında yaratdığı saxta propaqandanın heç bir əsasının olmadığını, Azərbaycanın ərazisindən keçən yolların paralel olaraq erməni sakinlərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə yüklərin daşınması üçün istifadə edilməsinə şərait yaratdığı, buna baxmayaraq, Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimin nümayəndələri tərəfindən prosesə maneçilik törətdiklərini diqqətə çatdırıb. Bölgədə “blokada” və “çətin humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını bildirib. Bu çərçivədə, Ermənistanın müharibədən sonrakı iki il yarım ərzində Laçın yolundan sui-istifadə hallarını xatırladıb.

30 ilə yaxın münaqişədən sonra bölgədə sülhün bərqərar edilməsi üçün yaranan tarixi imkanın itirilməməsi üçün beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti düzgün qiymətləndirməsinin, habelə Ermənistanın təxribatlarına qarşı adekvat mövqeyin formalaşdırılmasının hər zamankından daha əhəmiyyətli olduğu bildirilib.

 

Daha sonra müzakirələr sual-cavab sessiyası ilə davam edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.