Ermənistanda ABŞ-la birgə hərbi təlimlər keçiriləcək
MƏQSƏD?

Sentyabrın 11-dən 20-dək Ermənistanda EAGLE PARTNER 2023 adlı erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək. 

 

Senzor.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzinin bazasında beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.

 

Müdafiə Nazirliyi qeyd edir ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, həmçinin erməni bölməsinin NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının "əməliyyat potensialı Konsepsiyası"nın planlı qiymətləndirilməsinə hazırlığının artırılmasıdır.

 

Qeyd edək ki, Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir, eyni zamanda Avro-Atlantika Tərəfdaşlıq Şurasının üzvüdür və burada fərdi tərəfdaşlıq fəaliyyət planlarını (IPAP) həyata keçirir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.