Türkiyənin Diyarbəkir şəhərində terror aktı törətməyə çalışan 5 nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O qeyd edib ki, saxlanılan şəxslər kuryerlik fəaliyyəti ilə məşğul olublar. Terrorçular saxlanılarkın onlara aid çoxlu sayda partlayıcı maddə və silah aşkar edilib.