Sumqayıt şəhərinin Metallurq küçəsindəki zavodların birinin ərazisində radioaktiv maddə aşkarlanıb.
"Report" bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt Şəhər Polis İdarəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Radiasiyanın 4 metr dərinlikdə aşkarlandığı bildirilir.
Ərazi nəzarətə götürülüb.
Araşdırma aparılır.