Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ın Xankəndiyə keçidi gecikir.
Trend-in verdiyi xəbərə görə, Xankəndidə yaşayan erməni əsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da TIR hələ ki, Bərdə rayonunda dayanır. TIR-ın keçidinin ləngiməsinə səbəb bir tərəfdən Qarabağdakı separatçıların növbəti qeyri-qanuni konstruktiv mövqeyi və həmçinin etibarlı mənbələrdən alınan məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsidir.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.