Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X” hesabında paylaşım edib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycanla BQXK arasında əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı müzakirələr aparıblar.