Gəndob-Xaçmaz-Yalama-Rusiya yolunda uçmuş körpünün sökülməsinə başlanılıb
YENİLƏNİB, video

Bu gün səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün sökülməsinə başlanılıb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.


Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.


Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub.


Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.


**14:14

Qudyalçayın Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsünün dağılması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.


"Report"un məlumatına görə, Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun 26-cı km-də, Xaçmaz şəhərinin mərkəzindən keçən körpünün dağıldığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər qurumların rəsmiləri baş çəkiblər.


Sözügedən ərazidə olan AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sel suları nəticəsində 3 aşırımlı avtomobil körpüsünün iki aşırım hissəsi dağılıb: "Körpünün çökməsinə sel sularının dayaq sütunlarını dağıtması olub. Qısa müddət ərzində körpü bərpa olunacaq. Artıq lazımi tapşırıqlar verilib. Günün ikinci yarısında zəruri texnikalar əraziyə gətiriləcək. Gediş-gəliş qısa müddətdə təmin olunacaq. Hazırda avtomobillər alternativ olaraq Qımılqışlaq kənd yolundan istifadə edirlər".

**14:09

Bu gün səhər saatlarında Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Xatırladaq ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. Yeni körpünün inşası ilə əlaqədar günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək. İnşaat işlərinin qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.


Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.

**09:56

Sentyabrın 15-də səhər saatlarında Xaçmazda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü uçub.

 

Senzor.az bildirir ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb.

 

Hadisə baş verən zaman körpünün üstündə hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

 

Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

 

Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.