ABŞ ordusunun iki generalı “Eagle Partner 2023” Ermənistan-Amerika hərbi təlimi çərçivəsində İrəvana gəlib.
Senzor.az bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson, eləcə də ordunun Avropa və Afrikadakı qərargah rəisinin müavini, briqada generalı Patrik Elis ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnlə birlikdə cümə günü təlimi müşahidə edirlər.