Dünya bazarlarında neft bahalaşıb.
Senzor.az bildirir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,25% artaraq, 1 barelə görə 93,33 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,68% artaraq, 90,77 dollar olub.
Dünya bazarında Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,03 dollar artaraq 100,56 dollar olub.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Onu da xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Senzor.az