Özbəkistan Prezidenti ABŞ-a getdi
BMT Baş Assambleyasının plenar sessiyasında çıxış edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nyu-Yorka gedib.

 

Senzor.az ölkə başçısının saytına istinadən bildirir ki, o, BMT Baş Assambleyasının plenar sessiyasında çıxış edəcək.

 

Saytın yazdığına görə, Mirziyoyev sentyabrın 19-da BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək və regional və qlobal gündəliyin aktual problemlərinə dair baxışını təqdim edəcək. 

 

Bundan başqa, beynəlxalq siyasi tədbir çərçivəsində Özbəkistan Prezidentinin xarici dövlətlərin başçıları, nüfuzlu beynəlxalq təşkilatların və Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Ağ Ev rəhbəri Co Baydenin  Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşəcəyi barədə anons vermişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.