Aleksey Naumov: “Separatçılar reinteqrasiya əvəzinə, təxribatla məşğul idilər” - VİDEO

“Ermənistanlı millətçilər tərəfindən Rusiyaya püskürdülən qəzəb məni faktları və miflərin siyahısını təqdim etməyə məcbur etdi. Birinci onu qəbul etmək lazımdır ki, Qarabağ - Azərbaycandır. Bu fakt heç kim tərəfindən şübhə altına salınmır. Bütün dünya, Rusiya, hətta Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir”.

 

Bu sözləri Baku TV-yə açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov deyib.

 

A.Naumov qeyd edib ki, bu gün Qarabağda baş verənlər Azərbaycanın daxili işidir və Azərbaycan Silahlı Qüvvələri qanunsuz hərbi dəstələrə qarşı antiterror tədbirləri keçirirlər.

 

Ekspert Ermənistandakı bəzi dairələrin diqqətinə çatdırıb ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılar silahlı toqquşmalarda iştirak etməli deyillər.  

 

“Rusiyalı sülhməramlılar bu gün mülki sakinləri mühafizə etməlidirlər və hazırda onlar məhz bununla məşğuldurlar”.

 

Ekspert, həmçinin əlavə edib ki, Qarabağdakı qondarma qurumun başçıları reinteqrasiya prosesində iştirak etmək əvəzinə, təxribat və mina tələləri quraşdırmaqla məşğul olub və bütün vasitələrlə özlərinin terrorçu mahiyyətə sadiq qaldıqlarını təsdiq ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.