"Əldə edilmiş razılaşmaları yerinə yetirərək, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə başlayıblar".
Senzor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.