ABŞ Konqresinin nümayəndə heyəti İrəvanda səfərdədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, senator Qeri Pitersin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Oqanesyan və digər şəxslərlə görüşəcək.
Qeyd olunur ki, 23-25 sentyabr tarixləri arasında keçiriləcək görüşlərdə ABŞ-Ermənistan münasibətləri, həmçinin, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsi müzakirə olunacaq.