Fələstin Prezidenti Mahmud Abbas Kazanda keçiriləcək BRICS sammitinə dəvət olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, sammit zamanı İsrail və Fələstin mövzusu da müzakirə olunacaq.
“Rusiya həmişə BMT Təhlükəsizlik Şurasının iki dövlətin - İsrail və Fələstin dövlətlərinin yaradılması ilə bağlı qərarının icrasının tərəfdarı olub”, - Rusiya lideri qeyd edib.