İstanbulda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub – TƏRƏFLƏR NƏDƏ RAZILIQ ƏLDƏ ETDİLƏR?
YENİLƏNİB, FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

 

Bu barədə Senzor.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

 

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.


**19:24


“3+3” regional məşvərət formatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.

 

Qeyd olunub ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak edirlər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.