Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
VİDEO

Rusiya Ukraynadakı münaqişəyə sülh yolu ilə son qoymaq üçün dialoq aparmağa hazırdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələrinin KİV rəhbərləri ilə görüşündə deyib.

 

O, Rusiyanın Kiyevlə ancaq İstanbul razılaşmaları əsasında, dialoq aparmağa hazır olduğunu söyləyib.

 

Putin bildirib ki, Ukrayna ilə bağlı konfrans üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanının əleyhinə deyil, amma məsələ “nəyi müzakirə etməkdir”.

 

Putin hesab edir ki, Kiyev əvvəlcə Rusiya Federasiyası ilə danışıqları qadağan edən dekreti ləğv etməlidir.

 

O deyib ki, Rusiya Federasiyası Ukraynada sülh yolu ilə nizamlanmanı istəyir, o cümlədən öz əsgərlərini düşündüyü üçün: "Rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri üçün döyüşürlər. Rusiya silahlı mübarizəni davam etdirməyə hazırdır, Qələbə bizim olacaq".

 

Rusiya Prezidenti Ukraynada “bir həftəlik, iki və ya bir illik atəşkəsə” qarşıdır. Onun sözlərinə görə, dayanıqlı sülh üçün şərait lazımdır.

 

Putin qeyd edib ki, NATO Rusiya ilə Ukrayna əsgərlərinin əli ilə vuruşur, Kiyevin üçüncü ölkələrin maraqları naminə öz hərbçilərinə heyfi gəlmir.

 

"Ukrayna ordusunun özü yüksək dəqiqlikli silahlardan istifadə etmək iqtidarında deyil, bütün bunları NATO mütəxəssisləri edir", - Rusiya Prezidenti əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.