“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bu gün Tbilisidə aksiya keçirəcək

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 23-də Tbilisidə seçki öncəsi aksiya keçirəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tbilisinin mərkəzi Rustaveli prospektində açıq havada keçiriləcək tədbirdə yüz mindən çox insanın iştirakı gözlənilir.

 

Aksiyada partiyanın üzvləri və tərəfdaşı olan paytaxt sakinləri ilə yanaşı, regionlardan gələcək insanlar da iştirak edəcəklər.

 

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, tədbirlə əlaqədar olaraq Tbilisidə bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. DİN-in Patrul Polisi Departamentinin əməkdaşları ictimai asayişi qorumaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər ediləcək.

 

Yeri gəlmişkən, gürcü ekspert Edişer Qvenitadze iki gün əvvəl KİV-ə verdiyi müsahibəsində bildirib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri yalnız Gürcüstan üçün deyil, bütün region üçün olduqca mühümdür: “Bu, sadəcə, simpatiya-antipatiya yarışı və ya siyasi ideologiya yarışı deyil. Burada kənar qüvvələrin ölkədə hakimiyyəti dəyişmək cəhdi açıq-aydın görünür. Nəticə olaraq nə baş verəcəksə, bu yalnız Gürcüstana deyil, həm də bütün regiona öz təsirini göstərəcək”.

 

Ekspert bildirib ki, hazırkı hökumətin 12 illik səyləri nəticəsində Gürcüstanda sülh, dinc yaşam hökm sürür, sosial-iqtisadi və regional inkişaf hiss olunur. Gürcüstan Qafqazın vacib coğrafi hissəsidir və bölgədə sülh nöqteyi-nəzərindən mühüm rol oynayır: "Təəssüflər olsun ki, ölkə müəyyən kənar qüvvələrin bizə ötürdükləri mənfi təsirlərlə qarşı-qarşıyadır. Amma düşünürəm ki, hakim partiya 4-cü dəfə seçkilərdə qalib gələcək və bununla da kənar qüvvələrin müdaxiləsi maksimal şəkildə sona çatacaq. Mənim müşahidələrim belə deməyə əsas verir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.