Bu gün paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Su Təsərrüfatı Dövlət Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə təlimlər keçirilib.
“Bakibaku.az” xəbər verir ki, təlimlərdə gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərin, eləcə də belə vəziyyətlərdə təşkilatların üzərinə düşən vəzifələrin müzakirəsi, maarifləndirmə işinin gücləndirilməsi diqqət mərkəzində olub.