Qarabağa köçən ailələrə niyə torpaq verilmir? - DEPUTAT ETİRAZ ETDİ

"Xocalının deputatı burada oturub, lakin təəssüf ki, danışmır. Xocalıda torpaqları yerli camaata icarəyə verməyiblər. Bu prosesdə bir nəfər də olsun qarabağlı iştirak etmir".

 

Senzor.az bildirir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik olunması ilə bağlı danışarkən deyib.

 

“Qarabağda icarəyə verilən torpaqlarda 1 dənə də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib.

 

İlham Əliyev Həzrəti Əlinin qılıncı ilə torpaqları işğaldan azad etdi. Köçənlərə verin də bu torpağı... Camaat deyir ki, Füzulinin icra başçısı torpaqları satır, halbuki icra başçısını o torpağa buraxmırlar. Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm. Bununla ciddi məşğul olmaq lazımdır ”.- deyə A.Abbas vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.