Türkiyə hökumətinin qərarı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələrdən bəzi növ plastik məmulatların idxalına gömrük rüsumları artırılıb. Bu məsələdə yalnız Azərbaycan üçün istisna edilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın idxal rejiminin dəyişdirilməsi ilə bağlı Sərəncamı Türkiyə hökumətinin rəsmi qəzetində - “Rəsmi Qəzetə”də - dərc olunub.
Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, gömrük rüsumlarının artırılması yerli istehsalın qorunması və stimullaşdırılması, habelə ölkənin ticarət kəsirinin azaldılması səyləri ilə bağlıdır.
Hökumətin qərarına əsasən, ÜTT-yə daxil olmayan ölkələrdən (Azərbaycan istisna olmaqla) idxal olunan plastik məmulatın bir tonu üçün 50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.
Qərar dərc edildiyi andan 30 gün sonra qüvvəyə minir.