Moldovada prezident seçkiləri: MAYA SANDU QƏLƏBƏ QAZANDI
YENİLƏNİB, VİDEO

Moldovanın hazırkı prezidenti Maya Sandu 55,33 % səslə seçkilərdə qalib gəlib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyası səslərin 100 faizinin hesablanmasından sonra bəyan edib. 

 

**12:57


Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

 

Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.

 

Eyni zamanda, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59% səs toplayıb.

 

Qeyd edək ki, Moldovada prezident 4 il müddətinə seçilir.

 

**09:14


Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub. 

 

İlkin nəticələrə görə, rusiyayönümlü müxalifətin namizədi Stoyanoqloya seçicilərin 45 faizi etimad göstərib.

 

Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.

 

Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb – 57,38 %.

 

Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə – 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub.

 

Moldovanın hazırkı dövlət başçısı Maya Sandu noyabrın 3-də baş tutmuş prezident seçkilərində qələbə qazandığını özü də bəyan edib.

 

Bu barədə o, sosial şəbəkədə yazıb.

 

“Moldova, bu gün sən qalibsən. Birgə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə olan sadiqliyimizin gücünü göstərdik”, – deyə M.Sandu qeyd edib.

 

Ölkənin həm daxilində, həm də xaricində yaşayan moldovalılara təşəkkürünü bildirən dövlət başçısı vətəndaşların “azadlıq, ümid və mətanətin təcəssümü” olduğunu vurğulayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.