Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana gedib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb.
Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kamal Memişoğlu, ticarət naziri Ömər Bolat, milli kəşfiyyat idarəsinin rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Parti sədrinin müavini, Partiyanın sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edirlər.
Ərdoğanı Bişkek-Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Prezidenti Sadır Çaparov, xanımı Aygül Çaparova və Türkiyənin Bişkekdəki səfiri Əhməd Sadıq Doğan qarşılayıblar.
Senzor.az