Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət kimi sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.
O, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüslərindən danışıb.