Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
Senzor.az Bişkek Bəyannaməsinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda və qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.