Rusiya Müdafiə Nazirliyi Ukraynanın kütləvi PUA hücumu ilə bağlı məlumat yayıb.
Senzor.az-ın xəbərinə görə, məlumatda Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində 70 PUA hücumu gerçəkləşdirdiyi bildirilib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri düşmənin 70 PUA-sını məhv edib. Ukrayna PUA-ları Moskva, Bryansk, Oryol, Kaluqa, Kursk və Tula vilayətləri üzərində səmada tutularaq məhv edilib", - deyə məlumatda qeyd olunub.
Rusiya MN-dən bildirilib ki, Moskva vaxtı ilə saat 7-dən 10-a kimi 34 PUA Moskva vilayəti üzərində, 14-ü Bryansk üzərində, 7-si Oryol və Kaluqa üzərində, 6-sı- Kursk üzərində, 2-si isə Tula vilayəti üzərində vurulub.
**12:33
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan 32 pilotsuz uçuş aparatının (PUA) hücumunu dayandırıb.
Senzor.az bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram kanalında məlumat verib.
"Müdafiə Nazirliyinin Ramenski şəhər rayonundakı hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib. Dağıntı və tələfat olmayıb”, - məlumatda deyilir.
Bununla yanaşı, Domodedovo və Kolomnada daha 28 PUA məhv edilib.
Bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi uçuşların təhlükəsizliyi üçün Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər elan edib.