"Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var" -

"Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq komissiya fəaliyyətə başlayıb".

 

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

 

O bildirib ki, Bakı şəhərində  qəza vəziyyətində olan 1100 bina var: "Bu binalar ardıcıllıqla sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil. Bu məsələlər öz həllini proses çərçivəsində tapacaq və tapır. Bakı şəhərinin yeni Baş planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş planla əlaqədardır. Haradasa yeni binalar tikilməsi nəzərdə tutulub, haradasa, park nəzərdə tutulub. Baş plan əsas strategiyadır. Baş plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.