Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İyirmilik (G20) liderlərinin sammitində iştirak etmək üçün Braziliyaya yola düşüb.
Senzor.az bildirir ki, qardaş ölkənin dövlət başçısını Ankaranın Esenboğa hava limanında vitse-prezident Cövdət Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.
Səfərdə Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, maliyyə və xəzinə naziri Mehmet Şimşək, Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, iqtidardakı Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik müşayiət edirlər.
Xatırladaq ki, Rio-de-Janeyroda “Ədalətli bir dünya və davamlı bir planet qurmaq” mövzusunda keçiriləcək Sammit çərçivəsində üç sessiyada müzakirələr aparılacaq.
**17:41(16.11.2024)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 18-də G20-nin Liderlər Sammitində iştirak məqsədilə Braziliyaya səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun sosial media hesabında yazıb.
Qeyd edilib ki, Prezident Ərdoğan Rio-de-Janeyroda keçiriləcək XIX G20 Liderlər Sammitinə qatılacaq. “Ədalətli bir dünya və davamlı bir planet qurmaq” mövzusunda keçirilən Sammit çərçivəsində üç sessiyada müzakirələr aparılacaq.
Türkiyə Prezidentinin səfər çərçivəsində G20 liderləri, eləcə də digər iştirakçı dövlət və hökumət başçıları ilə görüşlər keçirməsi də planlaşdırılır.
Səfər iki gün davam edəcək.