Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampa zəng edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona Ermənistan-ABŞ münasibətlərinin son illərdəki inkişafı və cari vəziyyəti barədə məlumat verib.
Eyni zamanda, tərəflər regional gündəliyə aid məsələləri də müzakirə ediblər.