Avropa İttifaqına (Aİ) üzv ölkələrin Xarici İşlər Nazirliklərinin (XİN) başçıları noyabrın 18-də Gürcüstanla bağlı müzakirə aparacaqlar.
APA xəbər verir ki, məlumatı Aİ Şurası yayıb.
Bildirilib ki, İttifaqın ali nümayəndəsi Cozep Borrellin sədrliyi ilə keçiriləcək Xarici İşlər Şurasının iclasında 26 oktyabr parlament seçkiləri fonunda Gürcüstanda vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
İclasda həmçinin Ukraynada müharibə müzakirə olunacaq. Müzakirəyə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa videokonfrans formatında qoşulacaq.
Şuranın iclasının gündəliyinə Aİ-ABŞ münasibətləri, Yaxın Şərqdəki vəziyyət də daxil edilib.