Paşinyan səs-küylü istefalar dalğasını təsdiqlədi və... SƏBƏBİNİ AÇIQLADI
YENİLƏNİB, FOTO


Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə yüksəkrütbəli məmurdan istefa verməsini xahiş etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

 

"Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdəki kütləvi müzakirələri nəzərə alaraq, bildirməyi zəruri hesab edirəm ki, bir sıra yüksəkvəzifəli şəxslərdən postlarını tərk etmələrini mən xahiş etmişəm”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, istefaların səbəbi şəxsi amillərlə bağlı olmayıb. Səbəb əvvəllər də söz açdığı sistem problemləri ilə əlaqədardır. 

 

Baş nazir, həmçinin “dövlətçiliyin inkişafına verdikləri töhfələrə və onun xahişini başa düşdüklərinə görə” vəzifədən gedən rəsmilərə təşəkkürünü bildirib.

 

Xatırladaq ki, bazar günü axşam saatlarında Ermənistan KİV-i Paşinyanın bir neçə əsas nazir və qurum rəhbərlərini işdən çıxarmaq qərarına gəldiyini yazmışdı. Qeyd olunmuşdu ki, daxili işlər naziri Vahe Kazaryan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və Ərazi İdarəetmə naziri Qnel Sanosyan istefa verəcəklər.

 

**23:44 (17.11.2024)


Ermənistanın infrastruktur naziri və vergi orqanlarının rəhbəri baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi veriblər.

 

Bu barədə “Shamshyan.com” saytı yazıb.

 

Qeyd olunur ki, Rüstəm Badasyan və Qnel Sanosyan baş nazir Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıblar.

 

Öz növbəsində “24news” da yazıb ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Bundan əlavə, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa verənlərə qoşulub.

 

Erməni KİV-ləri “Mülki müqavilə”nin üzvləri Ovik Ağazəryan və Narek Zeynalyanın deputat mandatlarından imtina edəcəklərini yazır.

 

Yayılan məlumatlara görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da istefa ərizəsi yazıb.

 

Səs-küylü istefaların hələ rəsmi təsdiqi yoxdur. Tezliklə baş nazirin qərarının elan ediləcəyi gözlənilir.

 

Məlumatlarda o da vurğulanır ki, bütün bunlar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini sərt tənqid etməsindən sonra baş verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.