Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. 

 

“Qafqazinfo”nun məlumatına görə, onlardan biri Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyevdir. Ədliyyə mayoru olan 34 yaşlı Nəbiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirən yeni hakim müxtəlif illərdə Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb. 

 

C.Nəbiyev 44 günlük Vətən müharibəsində iştirakına görə Cəbrayılın, Füzulinin, Şuşanın azad olunmasına görə medalları, eyni zamanda “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.