Gələn il Qazaxın işğaldan yeni azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək.
Senzor.az bildirir ki, bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.
O bildirib ki, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisində müvəqqəti zastava qurulub: "Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".