ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb

Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən “F-35” qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib.

 

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

 

“ABŞ-da 6 ədəd “F-35” təyyarəmiz var. İndi bizim “KAAN” (Türkiyənin beşinci nəsil döyüş təyyarəsi – red.) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara “F-35” almaq təklifini yenidən göndərdik”, - deyə o qeyd edib.

 

“Report”xatırladır ki, beşinci nəsil “KAAN” qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb. Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək “KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.

 

2023-cü il iyulun sonunda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında “KAAN” layihəsi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb. Bundan sonra, 2024-cü ilin martında TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil mediaya “KAAN” komponentlərindən birinin Azərbaycanda istehsal ediləcəyini söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.