Azərbaycan-Ermənistan sülh sazişi regiondakı bütün aktorların marağına uyğundur
TÜRKİYƏ MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASINDA DAHA NƏLƏR MÜZAKİRƏ OLUNUB?

Azərbaycan ilə Ermənistan arasındakı uzunmüddətli sülh regiondakı bütün aktorların marağına uyğundur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.

 

 

Sənəddə Bakı-İrəvan danışıqlarında müsbət irəliləyişin sülh sazişi ilə nəticələnəcəyinə dair gözləntilər və arzular ifadə edilib.

 

İclas zamanı Ukraynadakı son vəziyyətin də müzakirə olunduğu qeyd olunur.

 

Türkiyə Milli Təhlükəsizlik Şurası bəyan edib ki, Ukraynada müharibənin genişlənməsi tendensiyasının qarşısı alınmalıdır, atəşkəs və ədalətli sülhə nail olunmalıdır.

 

Bəyanatda Suriyada baş verən son hadisələrə də diqqət çəkilib.

 

Bildirilir ki, Ankara hər zaman və qətiyyətlə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanmasına dəstək verib. “Son hadisələr Bəşər Əsəd rejiminin öz xalqı və müxalifətlə danışıqlar apararaq ümumi fikrə gəlməsinin vacibliyini bir daha ortaya qoyub. Suriyada mülki əhalinin təhlükəsizliyi təmin olunmalıdır”, - deyə qeyd edilib.

 

Bəyanatda Türkiyənin milli təhlükəsizliyinə və türk xalqına qarşı hər hansı təhdidin dərhal aradan qaldırılacağı da vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.