Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan AK Partiya Qaziantep 8-ci Adi İl Konqresində çıxış edərkən deyib.
O qeyd edib ki, ölkənin gələcəyinə artıq Suriya xalqının bütün mənsubları qərar
verəcək.
Ərdoğan bölgədəki hadisələrin alovlanmasının heç kimə faydasının olmayacağını da vurğulayıb.
Türkiyə Prezidenti ölkəsinin milli təhlükəsizliyə qarşı atılan bütün addımların qarşısının alınacağını əlavə edərək, regional və beynəlxalq aktorları Suriyanın ərazi bütövlüyü və milli birliyinə dəstək verməyə çağırıb.
“Bunu çox açıq və qəti şəkildə demək istəyirəm: Heç bir ölkənin torpağında gözümüz yoxdur. Türkiyə olaraq arzumuz Suriyanın 13 ildir həsrətində olduğu sülh, sabitlik və dinc mühitə nail olmasıdır. Suriya bütün etnik, məzhəb və dini ünsürləri ilə suriyalılara məxsusdur. Suriya torpaqları müharibə, qan və göz yaşı ilə doymuşdur. Suriyalı qardaş və bacılarımız öz vətənlərində azadlıq, təhlükəsizlik və sülhə layiqdirlər”, - deyə Ərdoğan vurğulayıb.