Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli hücrənin 12 üzvünü saxlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Qeyd olunub ki, FTX-nın Dağıstan Respublikası üzrə idarəsinin əməkdaşlarının Dağıstanın Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının gizli hücrəsinin iri terror aktı törətməyi planlaşdıran 12 üzvü saxlanılıb.
Əməliyyatın təfərrüatları açıqlanmayıb.