Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşüb-söhbətləşib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hökümət başçısı bununla bağlı “Facebook” hesabında paylaşım edib.
Xatırladaq ki, D.Tramp və N.Paşinyan Fransada 2019-cu il yanğınından sonra yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimində iştirak ediblər.