Azərbaycanın quru sərhədləri açılsa, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək.
"Report" bildirir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
"Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq", - deyə o qeyd edib.