HƏMAS nüfuzlu məhbusların Türkiyə və Qətərə göndərilməsinə razılıq verib.
Senzor.az bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, HƏMAS hərəkatı Qəzza zolağında saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu (xəstə, yaşlı və qadın hərbçiləri) İsrail tərəfinə təhvil verməyə razılaşıb.
Məlumatda o da bildirilir ki, ümumiyyətlə mübahisəli məsələlərlə bağlı mühüm irəliləyiş var. Yaxın saatlarda Qəzza ilə bağlı vacib qərarlar verilə bilər.